ÜTT: Dünya ticarətində 9,2% azalma olacaq

ÜTT: Dünya ticarətində 9,2% azalma olacaq "2021-ci ildə 7,2%-lik artım olacaq”
Biznes
647
6 Oktyabr , 2020 18:44
ÜTT: Dünya ticarətində 9,2% azalma olacaq

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) koronavirus pandemiyası fonunda 2020-ci ildə dünya ticarətində 9,2% azalma olacağını proqnozlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatlar təşkilatın Cenevrədə dərc olunan hesabatında verilib.

“ÜTT 2020-ci ildə qlobal əmtəə ticarətində 9,2% azalma proqnozlaşdırır. Bunun ardınca 2021-ci ildə 7,2%-lik artım olacaq”, - təşkilat bildirib.

Xatırladaq ki, apreldə ÜTT bu il dünya əmtəə ticarətində 13%-dən 32%-ə qədər azalma olacağını proqnozlaşdırmışdı.

Son xəbərlər

Orphus sistemi