USAID: "Azərbaycan qadınların səsvermə hüququnu ABŞ-dan əvvəl tanıyıb"

USAID: "Azərbaycan qadınların səsvermə hüququnu ABŞ-dan əvvəl tanıyıb" "Azərbaycan qadınların səsvermə hüququnu 1918-ci ildə, ABŞ isə 1920-ci ildə tanıyıb".
Biznes
18 May , 2022 10:11
USAID: Azərbaycan qadınların səsvermə hüququnu ABŞ-dan əvvəl tanıyıb
Caydev Sinqx

"Azərbaycan qadınların səsvermə hüququnu 1918-ci ildə, ABŞ isə 1920-ci ildə tanıyıb".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqx Bakıda keçirilən IV "SHE Kongress" - beynəlxalq qadınlar konqresində bildirib.

"Hazırda bir sıra ölkələrdə qadınlar müəyyən çağırışlarla üzləşir. Onlardan biri eyni işə görə verilən əmək haqqı ilə bağlıdır. Hesab edirəm ki, qadınlara qoyulan investisiya iqtisadiyyata qoyulan investisiyadır. Koronavirus (COVID-19) pandemiyasından əvvəl Masallı rayonunda qadınlar üçün idman zalı açıldı. Sonrada bu zal rəqabət mühiti yaratdı və tezliklə qadınlar üçün daha bir neçə zal açıldı. Təbii ki, bu da iqtisadi inkişafa müsbət təsir etdi. Azərbaycan torpaqlarını işğaldan azad edib və hazırda həmin ərazilərin bərpası üçün işlər aparılır. Düşünürəm ki, bu prosesdə qadınların rolunu artırmaq lazımdır", - o deyib.

Son xəbərlər

Orphus sistemi