Bu gün Azərbaycan Respublikası
Bu barədə “Report”a Komitədən məlumat verilib.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında gələcək əməkdaşlıq perspektivləri və 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri müzakirə edilib.
T.Budaqov Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, ötən ilin oktyabrında Qəbələ rayonunda keçirilmiş sınaq siyahıyaalınması zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, hazırda isə təqvim planında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur.
UNFPA-nın regional direktoru Karl Kulessa görüşə görə minnətdarlığını bildirib. UNFPA-nın Azərbaycanın bır sıra dövlət qurumları, o cümlədən Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. Karl Kulessa Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahiyaalmasına hazırlıq işlərini də yüksək qiymətləndirib, hər cür dəstəyə hazır olduqlarını vurğulayıb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.