“Umico” fəaliyyətini davam etdirir

“Umico” fəaliyyətini davam etdirir Son günlər mətbuatda “Umico” brendinin fəaliyyətini dayandırılmasına dair xəbərlər yayılıb.
Biznes
23 iyun 2023 10:59
“Umico” fəaliyyətini davam etdirir

Son günlər mətbuatda “Umico” brendinin fəaliyyətini dayandırılmasına dair xəbərlər yayılıb.

"PAŞA Holdinq"dən daxil olan rəsmi bəyanata əsasən, bu məlumatlar həqiqəti əks etdirmirlər.

Belə ki, həqiqətən də “Competo” MMC ilə paralel olaraq “Umico” və “Umico Overseas” adlı iki MMC yaradılıb. Hazırda həmin şirkətlərin heç bir fəaliyyəti olmadığı üçün onların bağlanmasına qərar verilib.

“Sözügedən şirkətlərin "Competo"nun məhsulu olan "Umico" ilə heç bir əlaqəsi yoxdur. Həm “Competo” şirkəti, həm də onun "Umico" məhsulu fəaliyyətini davam etdirirlər” – deyə "PAŞA Holdinq"in mətbuat katibliyi bildirib.

“Umico” brendinin əmtəə nişanı “Competo”ya məxsusdur.

Son xəbərlər

Orphus sistemi