Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana 9 ayda 5 milyon dollarlıq məhsul ixrac olunub

Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana 9 ayda 5 milyon dollarlıq məhsul ixrac olunub “2021-ci ilin yanvar-sentyabr aylarında Vinnitsa vilayətinin 30-dan çox müəssisəsi məhsullarını Azərbaycana ixrac edib”.
Biznes
227
3 Dekabr , 2021 11:08
Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana 9 ayda 5 milyon dollarlıq məhsul ixrac olunub
Sergey Borzov

“Bu ilin yanvar-sentyabr aylarında Vinnitsa vilayətinin 30-dan çox müəssisəsi məhsullarını Azərbaycana ixrac edib”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın Vinnitsa vilayəti Administrasiyasnın rəhbəri (qubernator) Sergey Borzov bildirib.

O deyib ki, bu ilin ilk 9 ayında Vinnitsadan Azərbaycana, təxminən, 5 milyon ABŞ dolları həcmində məhsul ixrac olunub:

“Burada əsas yeri süd və süd məhsulları (24%), etil spirti (20%), ət və quru məhsullar (hər ikisi 16%), qara və qiymətli olmayan metallardan hazırlanan əşyalar (13,5%) tutub. Həmçinin dərman preparatları bazarı çox dinamik şəkildə inkişaf edir. Hazırda bu, 5 faizlik paya malikdir, amma gələcəkdə bu rəqəmin artacağını düşünürük. Eyni zamanda ağacdan hazırlanan məhsulların da payı 5%-ə qədərdir. Təəssüf ki, bu il vilayətimizə rəsmi surətdə Azərbaycandan heç bir mal daxil olmayıb. Qarşılıqlı marağımızın məhz bu istiqamətdə olduğunu düşünürəm. Çünki Vinnitsa vilayəti də keyfiyyətli Azərbaycan məhsullarının idxalında maraqlıdır. Müəssisələrimiz kifayət qədər böyükdürlər və hər bir məhsulu birbaşa Azərbaycandan özləri idxal edə bilərlər”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi