Ukrayna Aİ ölkələrinə bəzi məhsulları rüsumsuz ixrac edəcək

Ukrayna Aİ ölkələrinə bəzi məhsulları rüsumsuz ixrac edəcək Oktyabrın 1-dən Aİ-nın bu ölkəyə qarşı yeni ticarət güzəştləri qüvvəyə minəcək
Biznes
29 Sentyabr , 2017 17:47
Ukrayna Aİ ölkələrinə bəzi məhsulları rüsumsuz ixrac edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 1-dən etibarən Avropa İttifaqının (Aİ) Ukraynaya qarşı yeni ticarət güzəştləri qüvvəyə minəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, gələn aydan Ukrayna istehsalı olan bəzi kənd təsərrüfatı və sənaye malları Aİ ölkələrinə rüsumsuz ixrac ediləcək. Məqsəd ağır iqtisadi vəziyyətdə olan Ukraynaya kömək etməkdir.

Xatırladaq ki, Aİ Şurası Ukrayna üçün 3 illik müddətə ticarət güzəştlərinin tətbiqi barədə qərarı bu ilin iyulunda qəbul edib.

Son xəbərlər

Orphus sistemi