Ukraynadan Azərbaycana podşipnik tədarükü gecikir

Ukraynadan Azərbaycana podşipnik tədarükü gecikir Xarkov Podşipnik Zavodunun işçiləri keçən ilin oktyabr ayından bəri əmək haqqı almadıqlarından etiraza başlayıb
Biznes
359
23 İyul , 2020 11:59
Ukraynadan Azərbaycana podşipnik tədarükü gecikir

Xarkov Podşipnik Zavodundan Azərbaycana göndərilməli olan məhsul partiyasında gecikmə olacaq.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, buna səbəb zavod işçilərinin məhsulla dolu yük maşınlarının müəssisə ərazisindən çıxmasına icazə verməməsidir.

Belə ki, zavod işçiləri keçən ilin oktyabr ayından bəri əmək haqqı almadıqlarından etiraza başlayıb. Təxminən, 50 işçinin qatıldığı etirazlarda maaşların veriıməyəcəyi təqdirdə işin dayanacağı və yüklərin zavoddan çıxmasına imkan verilməyəcəyi bildirilib.

Zavodun baş direktorunun müavini Oleq Dorofeyev əmək haqqının ödənilməsində yaranmış bu gecikməni sifarişçilərin borclarını ödəməməsi ilə izah edib.

Tıxanan yük maşını boşaldılmalı idi: məhsullar zavodda qaldı. Maliyyə məsələsi iyulun 23-də keçiriləcək iclasda müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi