Türkiyənin xarici ticarət balansının mənfi saldosu 69% azalıb

Türkiyənin xarici ticarət balansının mənfi saldosu 69% azalıb Bu ilin yanvar-fevral aylarında Türkiyənin ixracının dəyəri 26,783 mlrd. ABŞ dolları, idxalının dəyəri isə 31,398 mlrd. dollar təşkil edib.
Biznes
29 Mart , 2019 13:14
Türkiyənin xarici ticarət balansının mənfi saldosu 69% azalıb

Bu ilin yanvar-fevral aylarında Türkiyənin ixracının dəyəri 26,783 mlrd. ABŞ dolları, idxalının dəyəri isə 31,398 mlrd. dollar təşkil edib. 

"Report" qonşu ölkənin stastistika qurumuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7% çox və 22,4% azdır. 

Son nəticədə 2019-cu ilin ilk 2 ayında Türkiyənin xarici ticarət balansının mənfi saldosu 4,615 mlrd. dollar olub ki, bu da illik müqayisədə 69% azdır. 

Son 1 ildə ixraxın idxalı qarşılama nisbəti isə 63,2%-dən 85,3%-ə yüksəlib. Hesabat dövründə Türkiyənin xarici ticarət dövriyyəsi isə 11,9% azalaraq 58,181 mlrd. dollara düşüb. 

Ayrıca bu ilin fevral ayında isə Türkiyənin ixracının dəyəri 13,593 mlrd. dollar, idxalının dəyəri isə 15,727 mlrd. dollar təşkil edib. 

Bu, ötən ilin fevral ayına nisbətən 3,4% çox və 16,9% azdır. Beləliklə, ay ərzində qonşu ölkənin xarici ticarət balansının mənfi saldosu 2,134 mlrd. dollar olub ki, bu da illik müqayisədə 63,1% azdır. 

Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 69,4%-dən 86,4%-ə yüksəlib. Hesabat dövründə Türkiyənin xarici ticarət dövriyyəsi isə 8,6% azalaraq 29,32 mlrd. dollara düşüb. 

Ötən ay Türkiyə ən çox Almaniyaya mal ixrac edib - 1,225 mlrd. dollarlıq. Növbəti yerlərdə Böyük Britaniya (857 mln. dollar), İtaliya (815 mln. dollar), İspaniya (741 mln. dollar) qərarlaşıb. 

Fevralda Türkiyənin idxalda əsas tərəfdaşı isə Rusiya olub. Bu ölkədən 1,577 mlrd. dollarlıq mal idxal edilib. Növbəti yerləri Çin (1,371 mlrd. dollar), Almaniya (1,347 mlrd. dollar) və ABŞ (842 mln. dollar) tutublar. 

Son xəbərlər

Orphus sistemi