Türkiyənin Qaradəniz bölgəsi Azərbaycana məhsul ixracını 14 % artırıb

Türkiyənin Qaradəniz bölgəsi Azərbaycana məhsul ixracını 14 % artırıb 2021-ci ildə Türkiyənin Qaradəniz bölgəsində yerləşən 17 vilayətdən Azərbaycana toplam olaraq 45 milyon 203 min 955 ABŞ dolları dəyərində məhsul tədarük edilib.
Biznes
20 Yanvar , 2022 14:39
Türkiyənin Qaradəniz bölgəsi Azərbaycana məhsul ixracını 14 % artırıb

2021-ci ildə Türkiyənin Qaradəniz bölgəsində yerləşən 17 vilayətdən Azərbaycana toplam olaraq 45 milyon 203 min 955 ABŞ dolları dəyərində məhsul tədarük edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 14 % çoxdur.

Məlumata görə, ən çox məhsul Rizədən gətirilib. Bu vilayətdən 8 milyon 210 min 449 ABŞ dolları dəyərində mal və materiallar alınıb. İkinci yerdə 6 milyon 565 min 244 ABŞ dolları dəyərindəki ixracatla Trabzon gəlir. Bu iki vilayətdən ölkəmizə əsas etibarı ilə inşaat və kimya məhsulları tədarük olunub.

Son xəbərlər

Orphus sistemi