Türkiyənin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

Türkiyənin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub İqtisadiyyat naziri Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə İsmail Alper Coşkunu qəbul edib
Biznes
28 Sentyabr , 2016 17:24
Türkiyənin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunu qəbul edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu, əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi vurğulanıb. İki ölkə arasında arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib. 

Ş.Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səfirin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi