Türkiyənin Azərbaycana minik avtomobili ixracından gəliri 4 dəfə artıb

Türkiyənin Azərbaycana minik avtomobili ixracından gəliri 4 dəfə artıb 2020-ci ildə Türkiyənin avtomobil sənayesi 25,55 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.
Biznes
18 Yanvar , 2021 14:33
Türkiyənin Azərbaycana minik avtomobili ixracından gəliri 4 dəfə artıb

2020-ci ildə Türkiyənin avtomobil sənayesi 25,55 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb.

Məlumata görə, bunun 9,53 milyard dollarlıq hissəsini və yaxud təxminən 37%-ni minik avtomobililəri təşkil edib.

Türkiyədən ən çox minik avtomobili idxal edən ölkələr Fransa (1,641 milyard dollar), İtaliya (0,878 milyard dollar) və Almaniya (0,853 milyard dollar) olub.

Ötən il Azərbaycan isə bu ölkədən 10,5 milyon dollarlıq minik avtomobili alıb. Bu isə əvvəlki illə müqayisədə 3,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi