Türkiyənin Azərbaycana ixracı apreldə 11 % artıb

Türkiyənin Azərbaycana ixracı apreldə 11 % artıb Bu ilin aprel ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib.
Biznes
5 May , 2022 16:34
Türkiyənin Azərbaycana ixracı apreldə 11 % artıb

Bu ilin aprel ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,3% çoxdur.

Yanvar-aprel aylarında isə Azərbaycan qonşu ölkədən 695,7 milyon dollarlıq əmtəə və xidmət idxal edib. Bu isə illik müqayisədə 6 çoxdur.

4 ay ərzində Türkiyədən ən çox ixrac 6 699 milyon dollar olmaqla Almaniyaya (17,1 % çox), 4 990 milyon dollar olmaqla ABŞ-a (34,1% çox) və 4 163 milyon dollar olmaqla Böyük Britaniyaya (12,4% çox) həyata keçirilib. Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 23 % artaraq 76 261 milyon dollara çatıb.

Son xəbərlər

Orphus sistemi