Türkiyəli nazir: “Azərbaycanın zəfəri Orta Dəhlizin imkanlarını genişləndirəcək"

Türkiyəli nazir: “Azərbaycanın zəfəri Orta Dəhlizin imkanlarını genişləndirəcək" "Bu, Azərbaycanın logistika məsələlərində önəmini artıracaq"
Biznes
2 Aprel , 2021 16:13
Türkiyəli nazir: “Azərbaycanın zəfəri Orta Dəhlizin imkanlarını genişləndirəcək
Ruhsar Pekcan

"Qarabağ zəfəri Azərbaycan-Türkiyə münasibətlərində hər mənada yeni imkanlar yaradıb, qarşılıqlı ticarətdə, investisiya məsələlərində yeni fürsətlər ortaya çıxarıb".

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair dəyirmi masada deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni sərmayələrin qoyuluşu, fabriklərin tikilməsi, bigə ticarət fəaliyyətlərinin artırılması Orta Dəhliz (Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi) adlanan istiqamətin daha aktiv olmasına gətirib çıxaracaq, imkanlarını genişləndirəcək və bu, Azərbaycanın logistika məsələlərində önəmini artıracaq. Xüsusilə də Süveyş kanalındakı qəza Orta Dəhlizin nə qədər vacib olduğunu sübut edir”.

Son xəbərlər

Orphus sistemi