Türkiyəli investorlar "Qırmızı Körpü"dəki vəziyyətdən şikayət edirlər

Türkiyəli investorlar "Qırmızı Körpü"dəki vəziyyətdən şikayət edirlər Ahmet Hamdi Gürdoğan: "Xəzər dənizində dalğaqıran gəmilər yoxdur"
Biznes
5 May , 2017 11:05
Türkiyəli investorlar Qırmızı Körpüdəki vəziyyətdən şikayət edirlər
Report.az

Bakı. 5 may. REPORT.AZ/ "Biz Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq. Amma öncə "Qırmızı Körpü" (Sınıq Körpü) sərhəd-keçid məntəqəsində olan problemləri aradan qaldırmaq lazımdır". "Report" xəbər verir ki, Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda çıxış edən Şərqi Qaradəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan deyib.

A.Gürdoğanın sözlərinə görə, iki ölkə arasındakı yüklərin dəniz yolu ilə daşınmasına Xəzərdəki dalğalar da mane olur: "Xəzər dənizində olan dalğalar gəmilərimizin hərəkət etməsinə mane olur. Türkiyə bu sahədə böyük uğurlar əldə edib. Bizim dalğaqıran gəmilərimiz var. Amma Xəzərdə bu yoxdur. Bu dalğalar üzündən gəmilər bəzən 15-20 gün işləyə bilmir".

Son xəbərlər

Orphus sistemi