Türkiyə şirkətləri Qarabağda aqrar sektora investisiya yatırmaq istəyirlər

Türkiyə şirkətləri Qarabağda aqrar sektora investisiya yatırmaq istəyirlər Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Kahramanmaraş şöbəsindən iş adamları Qarabağda aqrar sahə üzrə fəaliyyət göstərmək istəyirlər.
Biznes
1 İyul , 2022 11:56
Türkiyə şirkətləri Qarabağda aqrar sektora investisiya yatırmaq istəyirlər

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Kahramanmaraş şöbəsindən iş adamları Qarabağda aqrar sahə üzrə fəaliyyət göstərmək istəyirlər.

"Report" xəbər verir ki, bunuMÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli bildirib.

"Həmin sahibkarların 2 min hektarlıq ərazidə fəaliyyətlə bağlı istəkləri var. Biz bu tələbi aidiyyəti üzrə yönləndirmişik, sahibkarlara dəstəklə bağlı işlərimizi davam etdirəcəyik", - deyə o, qeyd edib.

R.Cabirlinin sözlərinə görə, Bakıda keçirilən Türkiyə- Azərbaycan iş adamlarının beynəlxalq forumları çərçivəsində də məqsəd digər bölgələrdə yanaşı işğaldan azad edilmiş ərazilərdə investisiya imkanları ilə bağlı ziyarətçiləri məlumatlandırmaqdır.: "Hazırda Qarabağda, ümumiyyətlə işğaldan azad edilmiş digər bölgələrdə MÜSİAD-ə üzv olan şirkətlər fəaliyyət göstərir və orada investisiya ilə bağlı planlar var. Bildiyiniz kimi, investisiya qısa müddətli məsələ deyil. Təbii ki, müəyyən hesabatlar aparılmalıdır və vaxt tələb edir. İş adamlarını həmin ərazilərə cəlb etməkdə davam edirik".

Son xəbərlər

Orphus sistemi