Türkiyə səfiri Rusiya-Ukrayna münaqişəsinin təsirlərindən danışıb

Türkiyə səfiri Rusiya-Ukrayna münaqişəsinin təsirlərindən danışıb Bu gün dünyada Rusiya-Ukrayna münaqişəsinin əsaslı təsiri hiss edilir.
Biznes
6 İyul , 2022 15:22
Türkiyə səfiri Rusiya-Ukrayna münaqişəsinin təsirlərindən danışıb

Bu gün dünyada Rusiya-Ukrayna münaqişəsinin əsaslı təsiri hiss edilir.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Türkiyə əməkdaşlığına həsr edilmiş Caspian Energy Forumun xüsusi sessiyasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

Səfirin sözlərinə görə, dünyanın ən böyük günəbaxan yağı və buğda istehsalçısı olan Ukraynanın müharibə şəraitində olması səbəbindən bu iki məhsul üzrə qlobal bazara və insanların büdcəsinə təsir edən vəziyyət yaranıb.

O vurğulayıb ki, Ukrayna ərazisində davam edən müharibə dünyada təhlükəsizlik məsələlərinə yanaşmanı dəyişib:"Bu səbəbdən təhlükəsizlik məsələləri bir nömrəli məsələ olaraq gündəmə gəlib".

Səfir əlavə edib ki, son illər dünyada bir sıra dəyişikliklər baş verib: "Bunlardan biri pandemiyadır. Bir sıra şirkətlər pandemiyadan mənfi təsirlərə məruz qalıb. Strateji dəyişiklik həyata keçirə bilənlər pandemiyanı fürsətə çevirib. Pandemiyanın qlobal və regional təsirləri hələ də davam edir. Pandemiya dövründə texnologiya ilə bağlı işlərimizi də yenidən baxmağa məcbur edib. Dünyada texnologiyaların istifadə imkanları genişlənib".

Son xəbərlər

Orphus sistemi