Türkiyə rəsmiləri "Qırmızı körpü"də olub

Türkiyə rəsmiləri "Qırmızı körpü"də olub Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Qərb bölgəsinə səfəri çərçivəsində Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük-keçid məntəqəsini ziyarət edib.
Biznes
12 İyul , 2021 12:28
Türkiyə rəsmiləri Qırmızı körpüdə olub

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Qərb bölgəsinə səfəri çərçivəsində Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük-keçid məntəqəsini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "Twitter" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, səfir ərazidə Dövlət Gömrük Komitəsinin (DGK) rəsmiləri ilə görüş keçirib. Görüşdə onunla yanaşı Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, ticaret müşavirləri Ahmet Erdal, Yakup Sefer, Eser Çengel də iştirak edib. Daha sonra qonaqlar DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralovun müşayiəti ilə gömrük-keçid məntəqəsinə baş çəkib.

Son xəbərlər

Orphus sistemi