Türkiyə Gürcüstanla Avropa İttifaqına birgə ixracı artıracaq

Türkiyə Gürcüstanla Avropa İttifaqına birgə ixracı artıracaq Türkiyə parlamenti Gürcüstanla azad ticarət sazişinə aid məhsulların mənşəyi ilə bağlı sənədi təsdiqləyib
Biznes
11 Fevral , 2021 17:49
Türkiyə Gürcüstanla Avropa İttifaqına birgə ixracı artıracaq

Türkiyə parlamenti Gürcüstanla azad ticarət sazişinə aid məhsulların mənşəyi ilə bağlı sənədi təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən bildirilib.

Qərarın sayəsində hər iki ölkənin şirkətləri Avropa İttifaqı (Aİ) bazarına birgə ixracın artırılması üçün əlavə imkanlar əldə edəcəklər.

Sənəddə həmçinin Türkiyə xammalından istehsal olunan məhsulların Gürcüstandan azad ticarət rejimi əsasında Aİ bazarına tədarükü də nəzərdə tutulub. Razılaşma ilə Avropaya ixrac edilə bilən məhsulların çeşidini artırmaq imkanı olacaq.

Bununla yanaşı, qərar Türkiyədən Gürcüstan iqtisadiyyatına sərmayələri təşviq edəcək, birgə müəssisələrin yaradılması və yeni iş yerlərinin açılmasına kömək edəcək.

Qeyd edək ki, Gürcüstan və Türkiyə arasında azad ticarət haqqında saziş 2008-ci ildə qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi