​Türkiyə gömrük xidmətinin nümayəndə heyəti "Samur" gömrük postuna baş çəkib

​Türkiyə gömrük xidmətinin nümayəndə heyəti "Samur" gömrük postuna baş çəkib Türkiyə Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti aprelin 11-dən Azərbaycanda səfərdədir
Biznes
12 Aprel , 2016 16:08
​Türkiyə gömrük xidmətinin nümayəndə heyəti Samur gömrük postuna baş çəkib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyinin müşavir müavini Rəmzi Akçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna baş çəkiblər. Bu barədə “Report”a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlara məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib.

Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirildiyi bildirilib: “Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür ki, bu da qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib”.

Məlumata görə, gömrük-buraxılış məntəqəsində ixrac və idxal gömrük nəzarəti xətləri var və “bir pəncərə” sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Sonra türkiyəli qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Xatrladaq ki, Türkiyə Gömrük və Ticarət Nazirliyinin müşavir müavini R.Akçinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 11-dən Azərbaycanda səfərdədir.

Son xəbərlər

Orphus sistemi