Türk Sənaye Ticarət Palatası çərçivəsində memorandum imzalanacaq

Türk Sənaye Ticarət Palatası çərçivəsində memorandum imzalanacaq Türk Şurasının 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək 7-ci sammiti çərçivəsində Türk Sənaye Ticarət Palatası üzvlərinin görüşü zamanı çoxtərəfli memorandum imzalanacaq.
Biznes
7 Oktyabr , 2019 14:56
Türk Sənaye Ticarət Palatası çərçivəsində memorandum imzalanacaq

Türk Şurasının 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək 7-ci sammiti çərçivəsində Türk Sənaye Ticarət Palatası üzvlərinin görüşü zamanı çoxtərəfli memorandum imzalanacaq.

“Report” xəbər veruir ki, bu barədə Şuranın Daşkənddə (Özbəkistan) keçirilmiş iclasında bildirilib. 

Belə ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və Türkiyənin sənaye ticarət palataları rəhbərlərinin iştirakı ilə keçirilən görüş zamanı üzv ölkələr arasında iqtisadi ticari əməkdaşlıq, sənaye, ticarət, sahibkarlıq sahələrində regional əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub, Türk Sənaye Ticarət Palatasının başlıca fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bununla yanaş,ı görüşdə Özbəkistan Sənaye Ticarət Palatasının Türk Sənaye Ticarət Palatası üzvlüyünə qəbulu məsələsi də müzakirə olunub.

Azərbaycan tədbirdə Milli Sahibkarlar (işəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib. 

Son xəbərlər

Orphus sistemi