Bakı-İstanbul reysi təxirə salınıb

Bakı-İstanbul reysi təxirə salınıb Digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir
Biznes
3 Yanvar , 2017 09:57
Bakı-İstanbul reysi təxirə salınıb

Bakı. 3 yanvar. REPORT.AZ/ "Türkiyə Hava Yolları" şirkətinin Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına bu gün səhər saatlarında həyata keçirilməli olan reysi təxirə salınıb.

Bu barədə "Report" Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən xəbər verir. 

Aeroportdan təxirə salınmaya səbəb kimi sərnişin azlığı göstərilib. Təyyarə bu gün səhər saat 06:10-da Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçmalı idi.

Xatırladaq ki, THY-nin bu gün səhər 03:50-də Bakıya çatmalı olan İstanbul (Sabiha) - Bakı uçuşu da təxirə salınıb.

Aeroportdan bildirilib ki, digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi