Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq müzakirə edilib

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq müzakirə edilib İqtisadiyyat Nazirliyində Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri Mücahit Demirtaş ilə görüş keçirilib.
Biznes
17 Yanvar , 2022 15:41
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyində Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri Mücahit Demirtaş ilə görüş keçirilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə nazir müavini Elnur Əliyev ölkəmizdə iqtisadiyyatın dəstəklənməsi və inkişafı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması tədbirlərini diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verən nazir müavini bu ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinın fəal iştirakını vurğulayıb: "Bu, Türkiyə-Azərbaycan müttəfiqliyini və qardaşlığını bir daha nümayiş etdirir".

M.Demirtaş işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, memarlıq və şəhərsalma layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.

Tərəflər Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi