TUMSIAD rəhbəri: "Bakıda sərgiyə 10 mindən çox adam gələcək"

TUMSIAD rəhbəri: "Bakıda sərgiyə 10 mindən çox adam gələcək" Bakıda Azərbaycan-Türkiyə-Pakistan sərgisinin keçirilməsinin məqsədi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsidir.
Biznes
9 Aprel , 2019 17:18
TUMSIAD rəhbəri: Bakıda sərgiyə 10 mindən çox adam gələcək
Foto/Elchin Murad

Bakıda Azərbaycan-Türkiyə-Pakistan sərgisinin keçirilməsinin məqsədi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsidir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) Pakistan ofisinin rəhbəri Çundari Anis İqbal mətbuat konfransında bildirib.

"Seçdiyimiz sferalar çox vacibdir - toxuculuq, kənd təsərrüfatı, əl işləmələri, turizm, əczaçılıq və s. Sərgidə, ümumilikdə, 35 Pakistan, 20 Türkiyə və 10-dan çox Azərbaycan şirkəti təmsil olunacaq. Sərgiyə 10 mindən çox adamın gələcəyi gözlənilir", - Çundari Anis İqbal deyib.

Xatırladaq ki, sərgi Azərbaycan paytaxtında aprelin 11-dən 13-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi