TUMSIAD-ın prezidenti: "Azərbaycanla Türkiyə arasında sərmayələrin həcmi 30 milyard dollara çatıb"

TUMSIAD-ın prezidenti: "Azərbaycanla Türkiyə arasında sərmayələrin həcmi 30 milyard dollara çatıb" Azərbaycan, Türkiyə və Pakistan ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir.
Biznes
11 Aprel , 2019 12:54
TUMSIAD-ın prezidenti: Azərbaycanla Türkiyə arasında sərmayələrin həcmi 30 milyard dollara çatıb

"Azərbaycan, Türkiyə və Pakistan ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir".

"Report" xəbər verir ki, bunu Türkiyənin Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) prezidenti Yaşar Doğan Azərbaycan-Türkiyə-Pakistan sərgisinin açılışında deyib.

"Bu gün Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi 30 milyard dollar təşkil edir. Azərbaycanla ticarət dövriyyəsi 2 milyard, Pakistanla 1 milyard dollardır. Biz bununla kifayətlənmirik", - o bildirib.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Türkiyə-Pakistan sərgisi aprelin 13-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi