Tramp: "Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirdik"

Tramp: "Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirdik" Bakı. 25 iyul. REPORT.AZ/ ABŞ-ın keçən il beynəlxalq ticarətdəki itkiləri 817 milyard dollar təşkil edib.
Biznes
25 İyul , 2018 16:46
Tramp: Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirdik
© EPA-EFE/JIM LO SCALZO
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ ABŞ-ın keçən il beynəlxalq ticarətdəki itkiləri 817 milyard dollar təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində məlumat verib.

"Hər dəfə növbəti zəif siyasətçinin ticarət danışıqlarını dayandırmaq və ədalətsiz tariflərə qarşı mübarizə üçün rüsumların ləğv etmək tələbini eşidəndə öz-özümə təəccüblə fikirləşirəm ki, görəsən, onlar nə barədə düşünür? Həqiqətənmi, fəaliyyətsiz qalmağa davam edib fermerlərimizin, ölkəmizin qarət edilməsinə imkan verəcəyik? Ötən il digər ölkələrlə ticarətdə 817 milyard dollar itirmişik. Heç bir zəiflik göstərmək olmaz!", - D.Tramp yazıb.

Son xəbərlər

Orphus sistemi