“Toyota” yeni elektrikli avtomobilini təqdim edəcək

“Toyota” yeni elektrikli avtomobilini təqdim edəcək Yaponiyanın “Toyota” şirkəti martın 15-də “X Prologue” adlı yeni konseptual avtomobilini təqdim edəcək
Biznes
11 Mart , 2021 06:28
“Toyota” yeni elektrikli avtomobilini təqdim edəcək

Yaponiyanın “Toyota” şirkəti martın 15-də “X Prologue” adlı yeni konseptual avtomobilini təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə avtomobil markasının mətbuat xidməti bildirib.

Avtomobil haqqında bütün informasiyalar hələlik gizli saxlanılır. Bununla belə, “Toyota” yeni elektrik avtomobilin məhdud görüntüsünü yayıb. Yeni model bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Bundan başqa, modeldə radiatorun barmaqlığı yoxdur.

“Carscoops” nəşrinin məlumatına görə, söhbət yeni elektrik krossverdən gedir. Onun əsasında, “Subaru” ilə birgə hazırlanmış “e-TNGA” platforması dayanır. Avtomobil “Volkswagen ID.4”, “Nissan Ariya" və başqa belə maşın modelləri ilə rəqabət aparacaq.

Son xəbərlər

Orphus sistemi