“Toyota”nın bu il geri çağırdığı avtomobillərin sayı artır

“Toyota”nın bu il geri çağırdığı avtomobillərin sayı artır Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motors” bu il 3,2 milyon avtomobilini geri çağırmağı planlaşdırır.
Biznes
5 mart 2020 11:56
“Toyota”nın bu il geri çağırdığı avtomobillərin sayı artır
pexels.com

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motors” bu il 3,2 milyon avtomobilini geri çağırmağı planlaşdırır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasoslarında problem olmasıdır. 

Söhbət əsasən 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərdən gedir. 

Xatırladaq ki, “Toyota” yanvarda təkcə ABŞ-dan 696 minə yaxın avtomobili geri çağıracağını bildirsə də, hazırda bu ölkədən geri çağrılan avtomobillərin sayı 1,8 milyona çatıb.

Son xəbərlər

Orphus sistemi