“Toyota” Çindəki dörd müəssisəni işə saldı

“Toyota” Çindəki dörd müəssisəni işə saldı “Toyota Motor” Çinin Siçuan əyalətinin paytaxtı Çenqdu şəhərindəki müəssisəsini işə salıb.
Biznes
134
24 Fevral , 2020 12:51
“Toyota” Çindəki dörd müəssisəni işə saldı

“Toyota Motor” Çinin Siçuan əyalətinin paytaxtı Çenqdu şəhərindəki müəssisəsini işə salıb.

“Report” NHK-yə istinadən xəbər verir ki, bununla da şirkətin Çində yeni kornavirusun yayılması ilə bağlı fəaliyyəti daha əvvəl dayandırılmış 4 müəssisəsi yenidən işə salınıb.

Xatırladaq ki, “Toyota”nın Çanqçun, Quanjou, Tiancin şəhərlərindəki daha üç müəssisənin fəaliyyəti keçən həftə bərpa edilib. Bununla belə karantin işləri ilə bağlı istehsalat zəncirlərinin hələ də bərpa olunmaması üzündən müəssisələr gücünün 50 faizi səviyyəsində çalışır.

Bundan əvvəl “Nissan Motor”, “Honda Motor”, “Mazda Motor” da Çindəki müəssisələrini tam və ya qismən işə salıb.

Son xəbərlər

Orphus sistemi