Azərbaycanda “Toyota”nın “Land Cruiser” modelinin 300 seriyasının təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, media nümayəndələrinin qatıldığı tədbiri ilk öncə “Toyota Qafqaz” şirkətinin Azərbaycandakı ofisinin direktoru Rəşad Saracov giriş sözü ilə açaraq qonaqları salamlayıb.
Daha sonra “Toyota Qafqaz” şirkətinin Azərbaycandakı ofisinin nümayəndəsi Sabir Kazımzadə yeni modelin üstünlükləri və funksiyalarından danışıb.
Bildirilib ki, Land Cruiser (300 Seriyası), 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni Land Cruiser SW modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır:
“Toyota, yeni LC300 ilə Keyfiyyət, Davamlılıq və Etibarlılıq (QDR) göstəricilərini daha da yaxşılaşdıraraq və yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq sürücülərin rahat irəliləmələrini təmin edir.
Mühərriklər, transmissiya və platformanın hamısı yenidir: həm yolda həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanmışdır. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.
Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir. GA-F platforması, fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən, gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır.
Qeyd edilib ki, korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün avtomobil yenidən dizayn edilib:
“Ümumiyyətlə yeni Land Cruiser əvvəlkindən 200 kq yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt Dakar Ralli təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi.
Fokus sahələri təkərlərin optimal balanslaşdırılmasına nail olmaq üçün asqı performansının tənzimlənməsi, təkərlərin zəminlə təmasda qalması və dünyada bir ilk olan Elektron Kinetik Dinamik Asqı Sistemi ilə yol tutuşunu yaxşılaşdırmaqdır. Yeni LC300, sürücünü dərhal avtomobilin ətrafının və təkərlərin mövqeyini əhatə edən yol səthinin real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor” tətbiq edən ilk Toyota-dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir.
Sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanmışdır. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10% azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.
Mühəndislik sahəsindəki irəliləyişlər, modelin irsinə və statusuna sadiq qalaraq həm yeni dizayna uyğun hala gətirilir, həm də yeni bir "funksional gözəllik" konsepsiyasını əks etdirir. Land Cruiser-in özünəməxsus, təmiz xətləri ilə yolsuzluq avtomobilinin (SUV-un) gücünü daha yüksək incəlik və kamilliklə əlaqələndirir. Kabin gedilən yol şəraitinin nə qədər sərt olmasından asılı olmayaraq sürücü və sərnişinləri rahat və təhlükəsiz hiss edə biləcəkləri daha yüksək səviyyədə həssaslıqla təmin edir. Yolsuzluq şəraitində hərəkət edərkən avtomobili dəqiq bir şəkildə təyin etmə qabiliyyəti ilə yeni Land Cruiser, cari SW modelinin ölçülərini, ümumi uzunluq və enini, təkər bazasını, hərəkətə keçmə və yaxınlaşma bucaqları da daxil olmaqla qoruyur.
Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil Toyota Safety Sense tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (“Pre-Collision System”) qəzadan qaçınmağa kömək etmə qabiliyyəti artırılıb. Yeni LC300, dayanacaqda yavaşca hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni Park Dəstək Əyləci (“Parking Support Brake”) ilə təchiz edilib”.
Təqdimat mərasimində “Land Cruiser” avtomobilinin irsi barədə də məlumat verilib:
“”Land Cruiser” 70 ildir etibarlı və təhlükəsiz bir performans təqdim etməklə qürurverici bir tarixə sahibdir. Onun tarixi, Fuji dağının yamaclarındakı altıncı nəzarət nöqtəsinə qalxan ilk vasitə olaraq çətin şərtlərlə mübarizə qabiliyyətini nümayiş etdirən, 1951-ci il orijinal “Toyota BJ” modelinə gedib çatır. Gücünü sübut edərək Yaponiyada bir polis patrul maşını olaraq da istifadə edilib.
Bu, Land Cruiser-in etibarlı və təhlükəsiz performans təmin etmək ənənəsinin başlanğıcı idi: “Toyota”nın bu gün mobillik şirkəti statusunun əsası sayıla biləcək bir ənənə. “Land Cruiser”in yüksək etibarlılıq, dayanıqlılıq və yolsuzluq performansı üzərində qurulmuş şöhrəti qlobal toplam satışları ilə təqribən 10,4 milyona çatıb.
Bu keyfiyyətlər “Land Cruiser”i ucqar bölgələrdə yaşayan insanlar üçün əvəzolunmaz bir vasitə halına gətirib, humanitar yardım və fəlakətlərin aradan qaldırılmasında ilk müraciət edilən bir vasitə olaraq təchiz edib”.
Tədbirin sonunda media nümayəndələri təqdim olunan yeni model avtomobili sürərək sınaqdan keçiriblər. İlk olaraq LC200 modeli, daha sonra isə LC300 modeli sınaqdan keçirilib. “Test drive” zamanı iki model arasındakı fərqlər aydın nəzərə çarpıb. Belə ki, avtomobilə əyləşən zaman yeni modelin rahatlığı dərhal hiss olunur. Mühərrikin gücü avtomobilin həm yerindən hərəkətə başlamasında, həm də döngələrdə özünü gözəl büruzə verir. Xüsusən döngələrdən sürətli keçidlərdə avtomobil öz müvazinətini ideal qoruyub saxlayır. Bütün bunlar yeni modeli köhnədən fərqləndirən başlıca xüsusiyyətlər olaraq diqqət çəkir.
LC300 seriyasının yolsuzluq avtomobilinin “test drive” edilməsi isə tədbir iştirakçıları tərəfindən xüsusilə maraqla qarşılanıb. Avtomobil süni maneələrdən ibarət keçidlərdə rahatlıqla hərəkət edərək izləyicilərdə heyrət doğurub. Məsələn, avtomobilin ön hissəsi çuxura düşdüyü zaman onun arxa təkərləri havada qalmır, xüsusi funksiyalı amartizatorların vasitəsilə təkərlər endirilərək yerə toxundurulur. Eyni zamanda avtomobilin ön aşağı hissəsində quraşdırılan kamera vasitəsilə sürücü önünə çıxan maneələri salondakı monitordan rahatlıqla izləmək imkanı əldə edir.
Yeni modelin satışının başlanğıc tarixi 2021-ci ilin iyul ayı üçün nəzərdə tutulur