Azərbaycanda tikinti materialları istehsalçıları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, onların bazarlara çıxış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması müzakirə edilib.
“Report” xəbər verir ki, müzakirələr "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" (ATMİA) İctimai Birliyinin "Bakı KOB Evi"ndə keçirilmiş görüş çərçivəsində baş tutub.
Yerli istehsalçılar məhsul və xidmətləri barədə məlumat veriblər.
ATMİA 2017-ci ildə yaradılıb. Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlətin sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi tədbirləri təbliğ etməkdir.