Ticarət nümayəndəsi: “Rusiya ilə Azərbaycan şirkətləri arasında yaxın aylarda müqavilələr imzalanacaq”

Ticarət nümayəndəsi: “Rusiya ilə Azərbaycan şirkətləri arasında yaxın aylarda müqavilələr imzalanacaq” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgilərində iştirak edən Rusiya şirkətləri Azərbaycan müəssisələri ilə yaxın aylarda müqavilələr imzalayacaqlar.
Biznes
20 May , 2022 18:10
Ticarət nümayəndəsi: “Rusiya ilə Azərbaycan şirkətləri arasında yaxın aylarda müqavilələr imzalanacaq”

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgilərində iştirak edən Rusiya şirkətləri Azərbaycan müəssisələri ilə yaxın aylarda müqavilələr imzalayacaqlar.

Bunu “Report”a Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, sərgilərdə 76 Rusiya şirkəti iştirak edib: “Rusiya şirkətlərinin təqdim etdiyi kənd təsərrüfatı məhsullarına və texnikalarına Azərbaycan müəssisələri tərəfindən böyük maraq olub. Rusiya şirkətləri ilə yerli şirkətlər arasında konkret müqavilələrlə bağlı hazırda danışıqlar prosesi davam edir. Müzakirələr əsasən qiymətlə və müvafiq şərtlərlə bağlı gedir. Ümid edirik ki, yaxın aylarda müqavilələr imzalanacaq. Sərgidə iştirak edən Rusiya şirkətləri məmnun olduqlarını ifadə ediblər”.

Xatırladaq ki, Bakıda 18-20 may tarixlərində Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgiləri keçirilib. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.

Son xəbərlər

Orphus sistemi