Tibb sahəsində sosial sığorta yükünün optimallaşdırılması müzakirə edilib

Tibb sahəsində sosial sığorta yükünün optimallaşdırılması müzakirə edilib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirib.
Biznes
12 Yanvar , 2022 13:24
Tibb sahəsində sosial sığorta yükünün optimallaşdırılması müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirib.

Bu barədə "Report"a Xidmətdən bildirilib.

Məlumata görə, görüşdə səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti və perspektivi, əmək haqlarının “ağarması” fonunda artacaq sosial sığorta yükünün optimallaşdırılması və tibbi xidmətlərin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, tibb xidmətləri ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər diqqətə çatdırılıb, sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və belə görüşlərin davamlı olacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi