“The Wall Street Journal”: ABŞ Venesualanın qızıl ixracına sanksiya tətbiq edəcək

“The Wall Street Journal”: ABŞ Venesualanın qızıl ixracına sanksiya tətbiq edəcək Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşıb.
Biznes
1 Noyabr , 2018 12:13
“The Wall Street Journal”: ABŞ Venesualanın qızıl ixracına sanksiya tətbiq edəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşıb.

“Report” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Məqalədə deyilir ki, bu günlərdə elan ediləcək sanksiyaların məqsədi saxta şirkətlər vasitəsilə “çirkli pullar”ın hərəkətinin qarşısını almaqdır. Bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Mayamidə bəyanatla çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, bir qədər əvvəl Venesuela valyuta bazarında dollar satmaqdan imtina edib. 

Son xəbərlər

Orphus sistemi