“Tesla” şirkəti tam əlahiddə avtomobil yaradır

“Tesla” şirkəti tam əlahiddə avtomobil yaradır Kaliforniyada fəaliyyət göstərən “Tesla” elektrik avtomobillər və təmiz enerji şirkəti 5 səviyyəli əlahiddə hərəkət edən, yəni özüyeriyən avtomobil yaratmağın astanasındadır.
Biznes
9 İyul , 2020 14:29
“Tesla” şirkəti tam əlahiddə avtomobil yaradır

Kaliforniyada fəaliyyət göstərən “Tesla” elektrik avtomobillər və təmiz enerji şirkəti 5 səviyyəli əlahiddə hərəkət edən, yəni özüyeriyən avtomobil yaratmağın astanasındadır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, şirkətin sahibi Elon Mask bu texnologiyanı bu il ərzində işə sala biləcəklərini açıqlayıb.

O deyib ki, səviyyə 5 və ya mahiyyətcə tam əlahiddə variantın baş tutacağı barədə tam arxayınam və fikrimcə, bu məsələ çox tez baş tutacaq.

E.Mask Dünya Bədii Zəka Konfransının (WAIC) açılışına göndərdiyi video ismarıcında qeyd edərək, həmçinin avtomobillərdə daha mükəmməl kompüterlərin tətbiqi üçün yeni istiliyi ayıran, yaxud soyutan sistem üzərində çalışdıqlarını söyləyib.

Hazırda “Tesla” avtopilot dəstək sisteminə malik olan avtomobillər istehsal edir.

Qeyd edək ki, “Alphabet İnc.”, “Waymo and Uber Technologies” vs avtomobil və texnologiya şirkətləri də əlahiddə nəqliyyat texnologiyalarına milyardlarla sərmayə yatırsalar da, belə nəqliyyat vasitələrinin ictimai istismara verilməsinin xeyli vaxt aparacağı qənaətindədir.

Son xəbərlər

Orphus sistemi