"Tesla" şirkəti elektrikli avtomobillərin qiymətini endirib

"Tesla" şirkəti elektrikli avtomobillərin qiymətini endirib ABŞ-ın “Tesla” şirkəti Çinin Şanxay şəhərində yerləşən fabrikində istehsal olunan “Model 3” elektrikli sedan avtomobillərinin qiymətini 9% endirib.
Biznes
3 yanvar 2020 09:43
Tesla şirkəti elektrikli avtomobillərin qiymətini endirib

ABŞ-ın “Tesla” şirkəti Çinin Şanxay şəhərində yerləşən fabrikində istehsal olunan “Model 3” elektrikli sedan avtomobillərinin qiymətini 9% endirib.

“Report” şirkətə istinadən xəbər verir ki, qiymət 355 800 yuandan (təxminən, 51 029 dollar) 323 800 yuana (təxminən, 46 500 dollar) endirilib.

Qeyd edək ki, dekabrın 30-da Çinli müştərilərinə 15 ədəd “Model 3” təhvil verən “Tesla” Amerikalı müştərilərinə isə yeni avtomobillərin çatdırılmasına yanvarın 7-dən başlayacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi