"Tesla" ötən ay Çində rekord həddə avtomobil satıb

"Tesla" ötən ay Çində rekord həddə avtomobil satıb ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti bu ilin mart ayında Çində dünya üzrə rekord həddə - 10 160 ədəd satış edib.
Biznes
9 Aprel , 2020 18:31
Tesla ötən ay Çində rekord həddə avtomobil satıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti bu ilin mart ayında Çində dünya üzrə rekord həddə - 10 160 ədəd satış edib. 

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Sərnişindaşıma üzrə Avtomobil Assosiasiyası məlumat yayıb. 

Qeyd edək ki, “Tesla” Şanxaydakı fabrikində 2 milyard ABŞ dolları dəyərində 150 min ədəd sedanın 3-cü modelini istehsal etməyi hədəfləyib. 

Son xəbərlər

Orphus sistemi