“Tesla”nın bazar dəyəri 1 trilyon dolları keçib

“Tesla”nın bazar dəyəri 1 trilyon dolları keçib İlon Maskın yaratdığı ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan “Tesla” şirkətinin bazar dəyəri Nyu-York birjasında 1 trilyon ABŞ dolları həddini keçib.
Biznes
25 Oktyabr , 2021 23:45
“Tesla”nın bazar dəyəri 1 trilyon dolları keçib

İlon Maskın yaratdığı ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan “Tesla” şirkətinin bazar dəyəri Nyu-York birjasında 1 trilyon ABŞ dolları həddini keçib.

“Report” xəbər verir ki, “Tesla” şirkətinin səhmləri “Hertz Global Holdings Inc” ilə imzalanan müqavilədən sonra yüksəlməyə başlayıb. Belə ki, “Hertz Global Holdings Inc” “Tesla”dan 100 min elektrikli avtomobil sifariş edib.

Səhmlərin dəyərindəki artım 9%-i ötdüyü üçün şirkətin bazar dəyəri 1 trilyon dollarlıq həddi keçib.

Qeyd edək ki, şirkətin səhmlərinin bu həddə bahalaşması üçün 18 il lazım olub.

Son xəbərlər

Orphus sistemi