“Tesla” Çin üçün daha bir elektromobilini təqdim etdi

“Tesla” Çin üçün daha bir elektromobilini təqdim etdi “Tesla” şirkəti məxsusi Çin bazarı üçün hazırlanmış sayca ikinci olan “Y” elektromobil modelini təqdim edib.
Biznes
170
19 Yanvar , 2021 18:11
“Tesla” Çin üçün daha bir elektromobilini təqdim etdi

“Tesla” şirkəti məxsusi Çin bazarı üçün hazırlanmış sayca ikinci olan “Y” elektromobil modelini təqdim edib.

“Report” xəbər verir ki, şirkətin tvitter səhifəsində verilən məlumata görə, əvvəlki “Model3” kimi bu model də iki il əvvəl Şanxay şəhərində istifadəyə verilmiş “Tesla Gigafctory” müəssisəsində buraxılacaq.

CNBC xəbər verir ki, dünyanın ən böyük elektromobil bazarı olan Çini strateji inkişaf istiqaməti olaraq görən “Tesla” bu ölkədə illik elektromobil satışlarını 500 mindən 2030-cu ildən sonra 20 milyona çatdırmağı nəzərdə tutur.

Belə ki, ötən il Avropa bazarında geriləyən “Tesla” “Model3” elektromobilin satış həcminə görə 4-cü yerdə qaldı. Birinci yeri isə “Renault Zoe” tutub, sonrakı yerlərdə “Volkswagen ID 3.” və “Hyundai Kona” qərarlaşıb.

“Wedbush” ekspertlərinin qənaətincə, 2022-ci ilədək “Tesla”nın satışlarının 40 faizindən çoxu Çinin payına düşəcək.

Son xəbərlər

Orphus sistemi