“Telia” “Azercell”dəki payını 222 mln. avroya satıb

“Telia” “Azercell”dəki payını 222 mln. avroya satıb Payı Azərbaycan dövlətinə məxsus “AzInTelecom" alıb
Biznes
214
5 Mart , 2018 15:49
“Telia” “Azercell”dəki payını 222 mln. avroya satıb

Bakı. 5 mart. REPORT.AZ/ İsveçin “Telia” şirkəti “Azercell Telecom"dakı payını satıb. 

“Report" “Reuters” agentliyinə istinadən xəbər verir ki, söhbət Şirkətin mobil rabitə operatorunda 51,3%-lik paydan gedir. 

Həmin pay 222 mln. avroya (273,5 mln. ABŞ dollarına) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom" MMC-yə satılıb.

Bununla da telekommunikasiya nəhəngi "Telia" Azərbaycan bazarını tərk edib. Qeyd edək ki, oxşar qərar bundan əvvəl Nepal, Tacikistan və Gürcüstanla bağlı qəbul edilib. Hazırda Şirkət Özbəkistan, Qazaxıstan və Moldovada fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi