Tbilisinin 120-dən çox restoranı çatdırılma xidmətini dayandırır

Tbilisinin 120-dən çox restoranı çatdırılma xidmətini dayandırır Sabah Tbilisidə fəaliyyət göstərən 125 restoran 24 saat müddətinə çatdırılma xidməti göstərməkdən tam imtina edəcək.
Biznes
29 Yanvar , 2021 14:11
Tbilisinin 120-dən çox restoranı çatdırılma xidmətini dayandırır

Sabah Tbilisidə fəaliyyət göstərən 125 restoran 24 saat müddətinə çatdırılma xidməti göstərməkdən tam imtina edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bununla onlar Gürcüstan hökumətinin paytaxtdakı ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verməməsinə etiraz edəcəklər.

Gürcüstanın Restoratorlar Assosiasiyasından bildirilib ki, ölkənin restoran biznesi iflasa uğrayıb və hökumət problemin həlli üçün effektiv addım atmayıb.

Qurum üzvləri sabah hökumət binası qarşısında məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə keçiriləcək dinc etiraz aksiyasına qoşulacaqlar.

Qeyd edək ki, fevralın 1-dən Gürcüstanın yalnız Acarıstan bölgəsindəki restoranlar müştəri qəbul edə biləcəklər. Digər regionlarda isə restoranlar yalnız çatdırılma xidmətini göstərməkdə davam edəcəklər.

Son xəbərlər

Orphus sistemi