“Taxify” rebrendinq edib

“Taxify” rebrendinq edib ​“Taxify” rebrending edib
Biznes
7 mart 2019 10:42
“Taxify” rebrendinq edib

Bakı. 7 mart. REPORT.AZ/ Estoniyanın Azərbaycanda da fəaliyyət göstərən məşhur taksi şirkəti “Taxify” adını “Bolt”a dəyişib. 

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

Məlumata görə, dünyanın 30-dan çox ölkəsini əhatə edən bu şirkət müştərilərinə həm də skuter və motosikletlə xidmət göstərir. 

“Bunları əks etdirmək üçün yeni ada ehtiyacımız vardı. “Bolt” ingilis dilində ildırım mənasını verir. Bu o deməkdir ki, ehtiyacınız olan yerə - münasib qiymətə, sürətli və rahat çatacaqsınız”, - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi