Tahir Mirkişili: "Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq var"

Tahir Mirkişili: "Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq var" Azərbaycanda gələn il qüvvəyə minəcək Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq nəzərdə tutulub.
Biznes
12 Dekabr , 2023 11:07
Tahir Mirkişili: Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq var
Tahir Mirkişili

Azərbaycanda gələn il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında bildirib.

"Məcəllənin qəbulunda məqsəd özəl sektor, ümumilikdə sahibkarlıq üçün daha yaxşı, əlverişli rəqabət mühiti yaradılması, inhisarçılıqla mübarizə, qeyri-bərabərliyin, bir çox hallarda ədalətsizliyin aradan qaldırılması ilə özəl sektorun daha çox inkişafına nail olmaqdır. Bildiyiniz kimi, qəbul olunmuş dövlət proqramlarında növbəti illərdə iqtisadi artımın əsas və müstəsna mənbəyi kimi özəl sektor göstərilir. Məcəllədə bu istiqamətdə həyata keçirilən tədbirlərin bir parçası kimi özəl sektora qarşı hər-hansı ayrı-seçkilik baş verərsə ona qarşı hüquqi mexanizmlərin yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi