Tahir Mirkişili: "Nazirlər Kabineti hesabatını mayda təqdim etsin"

Tahir Mirkişili: "Nazirlər Kabineti hesabatını mayda təqdim etsin" Nazirlər Kabinetinin öz fəaliyyəti haqqında hesabatını hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etməsi daha məqsədəuyğun olar.
Biznes
15 Mart , 2024 12:01
Tahir Mirkişili: Nazirlər Kabineti hesabatını mayda təqdim etsin
Tahir Mirkişili

Nazirlər Kabinetinin öz fəaliyyəti haqqında hesabatını hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etməsi daha məqsədəuyğun olar.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatında bildirib.

"Bu, hesabatda təqdim edilən məlumatların daha dolğun və tam olmasına imkan verər. Hesabatda dövlət proqramlarının icrası haqqında daha geniş məlumatın verilməsi məqsədəuyğun olardı. Bu həm də deputatların öz dairələrində görülən işlər haqda daha geniş məlumata sahib olmasına, deputat-seçici münasibətlərinin inkişafına səbəb olar", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi