Dövlət Statistika Komitəsinin sədri aylıq maaşını Fonda köçürüb

Dövlət Statistika Komitəsinin sədri aylıq maaşını Fonda köçürüb Dövlət Statistika Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşulub.
Biznes
312
24 Mart , 2020 14:33
Dövlət Statistika Komitəsinin sədri  aylıq maaşını Fonda köçürüb
Report

Dövlət Statistika Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşulub. 

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dövlət Statistika Komitəsinin rəhbərliyi dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq vəzifə maaşını köçürüb.

Komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi