"Synergy Group"un direktoru holdinqin bir şirkətinə özü rəhbərlik edəcək

"Synergy Group"un direktoru holdinqin bir şirkətinə özü rəhbərlik edəcək Şirkətə bundan sonra holdinqin direktoru Elnur İsgəndərov rəhbərlik edəcək
Biznes
128
13 Fevral , 2021 13:00
Synergy Groupun direktoru holdinqin bir şirkətinə özü rəhbərlik edəcək

"Synergy Group" MMC-yə daxil olan "Azaqro" MMC-nin direktoru Rauf Həsənov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə bundan sonra holdinqin direktoru Elnur İsgəndərov rəhbərlik edəcək.

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

Kommersiya qurumu keçmiş vergilər naziri Fazil Məmmədova bağlılığı ilə tanınır. E.İsgəndərov isə F.Məmmədovla yaxın olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğludur. O, ötən ilin dekabr ayından şirkətlər qrupunun rəhbərliyinə gətirilib.

Son xəbərlər

Orphus sistemi