​"Synergy Group" ASC-nin hüquqi statusu dəyişir

​"Synergy Group" ASC-nin hüquqi statusu dəyişir ASC-nin təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilməsi planlaşdırılır
Biznes
5 Yanvar , 2016 12:00
​Synergy Group ASC-nin hüquqi statusu dəyişir

Bakı. 5 yanvar. REPORT.AZ/ Fevralın 1-də "Synergy Group" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncağın gündəliyinə iki məsələ daxil edilib.

Gündəliyə ASC-nin təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilməsi və ASC-nin təşkilati-hüquqi formasının dəyişməsi ilə bağlı qanunvericilikdən irəli gələn digər məsələlər daxil edilib.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materialları ilə cəmiyyətin Bakı şəhəri Zərifə Əliyeva küçəsi, ev 55, ofis 25 ünvanında həftənin bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi