Süni qiymət artımına yol verənlər cəzalandırılacaq

Süni qiymət artımına yol verənlər cəzalandırılacaq Nəticələrdən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək
Biznes
479
21 Fevral , 2015 17:04
Süni qiymət artımına yol verənlər cəzalandırılacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı istehlak bazarında baş verə biləcək sui-istifadə hallarına görə xəbərdarlıq yayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Məlumata görə, valyuta məzənnələrində edilən dəyişikliklərlə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi