Sumqayıt çörək zavodunun səhmləri 35% bahalaşıb

Sumqayıt çörək zavodunun səhmləri 35% bahalaşıb Bakı. 4 may. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Sumqayıt-Çörək” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.“Report” BFB-yə istinadən ...
Biznes
4 May , 2017 09:08
Sumqayıt çörək zavodunun səhmləri 35% bahalaşıb

Bakı. 4 may. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Sumqayıt-Çörək” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 52 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 2,7 manatdan alınıb-satılıb.

Xatırladaq ki, “Sumqayıt-Çörək” ASC 1998-ci ildə yaradılıb, Sumqayıtın aparıcı çörək istehsalçısıdır. Zavodun nizamnamə kapitalı 762 582 manatdır. 

Son xəbərlər

Orphus sistemi