Bakı. 17 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC ötən il avqustun 27-də elan etdiyi açıq tenderin davamından imtina edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, Tender Komissiyasının qərarı ilə Parkın 94,13 hektarlıq ərazisinə xarici elektrik təchizatı sisteminin çəkilişi işlərinin satın alınması ilə əlaqədar keçirilən tenderin davamından imtina olunub.