“Sumqayıt Dəmir Beton-1” səhmdarlarına hesabat verəcək

“Sumqayıt Dəmir Beton-1” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
26 İyul , 2017 10:38
“Sumqayıt Dəmir Beton-1” səhmdarlarına hesabat verəcək

Bakı. 26 iyul. REPORT.AZ/ Avqustun 29-da, saat 10:00-da “Sumqayıt Dəmir Beton -1” ASC-nin səhmdarlarının növbəti illik yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Sumqayıt şəhəri , 6-cı məhəllə, Nizami küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı ildəki fəaliyyətinin yekununa aud hesabatın təsdiq edilməsi, təşkilati və cari məsələlər daxildir.

Xatırladaq ki, “Sumqayıt Dəmir Beton -1” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 185 824 manatdır. 

Son xəbərlər

Orphus sistemi